Pezeşkianın andiçmə mərasiminin tarixi məlum oldu


İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da Məclis (parlament) binasında keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran parlamentinin Rəyasət Heyətinin üzvü Müctəba Yusefi məlumat yayıb.
“Proqrama əsasən, 14-cü prezidentin andiçmə mərasimi iyulun 30-da baş tutacaq", - Yusefi “İSNA” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, andiçmə mərasimindən əvvəl İranın ali lideri Əli Xameneinin yeni seçilmiş prezidentin təsdiqi haqqında fərmanı imzalaması üçün mərasim keçirilməlidir.
Qanuna görə, andiçmə mərasimi Ali Məhkəmənin sədrinin, məhkəmə hakimiyyətinin rəhbərinin, Konstitusiyanın Mühafizə Şurasının üzvlərinin və digər yüksək vəzifəli şəxslərin, həmçinin, yüksək rütbəli məmurlar və hərbçilərin iştirakı ilə keçirilir. Yeni seçilmiş prezident İran parlamentinin binasında and içir və öz öhdəliklərini yerinə yetirəcəyinə söz verir.
Qeyd edək ki, iyulun 5-də İranda icra başçısı İbrahim Rəisinin ölümündən sonra təyin edilmiş növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib. İslahatçılar qanadının namizədi, keçmiş səhiyyə naziri Məsud Pezeşkian ümumi səslərin 53,6%-ni toplayaraq qalib gəlib. Onun rəqibi, mühafizəkar Səid Cəlili isə 44,3% səs toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top