Almaniya da Gürcüstanla münasibətlərə yenidən baxacaq


ABŞ və Avropa İttifaqından (Aİ) sonra Almaniya hakimiyyəti də xarici agentlər haqqında qəbul edilmiş qanun və bütövlükdə ölkədə gedən proseslər fonunda Gürcüstanla münasibətləri nəzərdən keçirməyə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlərə Almaniyanın Tbilisidəki səfiri Peter Fişer bildirib.
“Mən Almaniya adından danışıram və deyirəm ki, biz də Gürcüstanla münasibətlərimizə yenidən baxırıq. Bizim Gürcüstanla çox uzun və sıx əlaqələrimiz var. Amerika Birləşmiş Ştatları ilə birlikdə biz Gürcüstanda inkişaf əməkdaşlığının ən böyük donorlarından biriyik. Ancaq biz Gürcüstan qarşısında artıq yeni öhdəliklər götürməmək qərarına gəldik. Buna görə də, Almaniya Gürcüstan qarşısında yeni maliyyə öhdəlikləri götürməyəcək”, - Fişer bildirib.
Qeyd edək ki, iyulun 9-da Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski Gürcüstanın Müdafiə Nazirliyinə ayrılması planlaşdırılan 30 milyon avronun dondurulması qərarını açıqlayıb. Onun sözlərinə görə, respublikanın Aİ-yə daxil olması prosesi də dayandırılıb. ABŞ Müdafiə Nazirliyi iyulun 5-də elan edib ki, ABŞ Silahlı Qüvvələri və “Worthy partner”in 2024-cü ilin yayında planlaşdırılan birgə təlimləri strateji münasibətlərə yenidən baxılması ilə bağlı qeyri-müəyyən müddətə təxirə salınıb. ABŞ Müdafiə Nazirliyi təlimlərin təxirə salınması qərarını Gürcüstan hakimiyyətinin ABŞ və Qərbin Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya təzyiqi artırmaq üçün “ikinci cəbhə” açmaq cəhdlərini elan etməsi ilə əsaslandırıb. Bununla əlaqədar ABŞ hakimiyyəti qərara gəlib ki, indi Gürcüstanda tammiqyaslı hərbi təlimlər keçirmək üçün münasib vaxt deyil.

DİGƏR XƏBƏRLƏR

Top