Marketlərdə ən çox bu məhsullar bahalaşıb


Bu ilin iyun ayında istehlak qiymətləri ötən ilin iyun ayına nisbətən 1,1% bahalaşıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, qida məhsulları, içkilər və tütün məmulatları 0,2%, qeyri-ərzaq məhsulları 1%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 2,4% bahalaşıb.
Bildirilir ki, bu ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, günəbaxan və qarğıdalı yağlarının, bananın, gilasın, alçanın, əriyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, baş soğanın, kartofun, bahalaşma isə əsasən unun, makaronun, mal və qoyun ətinin, yumurtanın, zeytun yağının, limonun, almanın, çiyələyin, kivinin, ağ kələmin, göyərtinin qiymətlərində müşahidə olunub.
Bu ilin iyun ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çox bahalaşma parçaların, yay geyimlərinin, kəsilmiş taxtanın, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub.
İyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən bahalaşma əsasən xalçaların yuyulması, taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top