DOST Agentliyi kvadratmetri 1 590 manata ofis icarəyə götürmək istəyir


Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) 2 saylı Bakı DOST Mərkəzi üçün inzibati bina icarəyə götürmək istəyir.
Yeniavaz.com
xəbər verir ki, DOST Agentliyi  bu məqsədələ tender müsabiqəsi (Açıq tender) elan edib.
Tender elanında bildirilir ki, icarəyə götürüləcək bina Bakı şəhərində 10-cu zonada olmalıdır. Ofisin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 1 293.9 kv. metr (1 293.9 kv. metr-dən çox olan ofis sahəsi üçün ödəniş nəzərdə tutulmur) və təmirli olmalıdır. İcarəyə götürüləcək ofisin ehtimal olunan qiyməti 2 milyon 57 min 301 manat olaraq hesablanıb. Bu isə o deməkdir ki, DOST Agentliyi icarəyə götürəcəyi ofisin 1 kvadratmetri üçün 1 590 manat ödəməyə hazırdır.
Məlumat üçün qeyd edək ki, 2 saylı Bakı DOST Mərkəzi 2019-cu ilin dekabr ayından fəaliyyət göstərir. Mərkəz Bakının Şüvələn qəsəbəsində, Almaz İldırım küçəsi 30 B ünvanında yerləşir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top