“Taliban” İran diplomatını Əfqanıstandan qovdu


“Taliban” hökuməti iranlı diplomat, İran İslam Respublikasının Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müşaviri Əli Mucanini “arzuolunmaz şəxs” elan edib və ona ölkəni tərk etməyi əmr edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Afghanistan International” məlumat yayıb.
Məlumata görə, “Taliban” rəsmiləri iranlı diplomata Əfqanıstanı tərk etməsi üçün bir neçə saat vaxt veriblər. Onlar bu addmı diplomatın “səlahiyyət həddini aşması” ilə əlaqələndiriblər.
Ancaq “Taliban” rəsmiləri məsələnin təfərrüatları barədə hər hansı açıqlama verməyiblər.
Lakin belə görünür ki, Mucaninin ölkədən çıxarılması onun Qəndəhara icazə olmadan getməsi ilə bağlıdır.
Məlumata görə, “Taliban”ın liderlərindən Molla Heybətullah Axundzadə Əli Mucaninin Qəndəhara getməsinə icazə verməyib.
Qeyd edək ki, keçən ilin dekabrında İran da Əfqanıstanın Məşhəddəki konsulluğunun əməkdaşı, əfqanıstanlı diplomat Səlimini “arzuolunmaz şəxs” elan edərək, İrandan çıxarmışdı. Bu ilin yanvarında isə “Taliban”ın xarici işlər naziri Əmir Xan Mötəqi İrana səfər etmiş və bu səfərin mövcud gərginliyi azaldacağı ilə bağlı ümidlərin artmasına səbəb olmuşdu.
Xatırladaq ki, Molla Heybətullah Axundzadə “Taliban”ın üçüncü lideridir və hazırda Əfqanıstan İslam Əmirliyinin rəhbəridir.

DİGƏR XƏBƏRLƏR

Top