
Tatarıstanın Lobaç dağı yaxınlığındakı Kamskoye Ustye kəndi yaxınlığında Cessna-17 yüngül mühərrikli ekskursiya təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a Tatarıstanın müvafiq qurumundan məlumat verilib.
Bildirilib ki, nəticədə biri uşaq olmaqla üç nəfər həlak olub.
“Hadisə Kamskoye Ustye qəsəbəsi ərazisində, Lobax dağının yaxınlığında baş verib ”, - agentliyin həmsöhbəti bildirib.
Qeyd olunub ki, hazırda hadisənin səbəbləri və şəraiti müəyyənləşdirilir.