NATO yaxın beş ildə 650 “F-35” istehsal edəcək


NATO-ya üzv ölkələr qarşıdakı beş il ərzində hərbi arsenallarına 650 F-35 qırıcı təyyarəsi əlavə etməyi və ən azı 50 gəmi və sualtı qayıq istehsal etməyi planlaşdırırlar.
Yeniavaz.com
“The New York Times”a istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Növbəti beş ildə NATO müttəfiqlərimiz hərbi arsenallarını modernləşdirmək üçün 650-dən çox beşinci nəsil F-35 qırıcıları, mindən çox hava hücumundan müdafiə sistemi, 50-yə yaxın döyüş gəmisi və sualtı qayıq, 1,2 min tank, 11,3 min döyüş maşını və 2 minə yaxın artilleriya sistemi istehsal edəcəklər”, - Sallivan bildirib.
ABŞ rəsmisinin sözlərinə görə, Hind-Sakit okean regionundakı yaxın tərəfdaşlar da hərbi xərclərini artırırlar.
“Yaponiya 2027-ci ilə qədər milli təhlükəsizliyin maliyyələşdirilməsini iki dəfə, o cümlədən hərbi xərcləri 65% artırmağı vəd edib. Cənubi Koreya isə eyni ilə qədər müdafiəyə 260 milyard dollardan çox pul xərcləməyi (illik orta hesabla 6,8%) planlaşdırdığını bildirib”, - Sallivan qeyd edib.
O, həmçinin Avstraliyanın 2025-ci ildə hərbi ehtiyaclara rekord 37 milyard dollar xərcləyəcəyini əlavə edib.
Qeyd edək ki, iyunun 17-də NATO-nun baş katibi Yens Stoltenberq alyansın 32 ölkəsindən 23-nün 2024-cü ildə hərbi xərclərini ÜDM-in 2%-nə qədər artırdığını bildirib. O, təşkilatın ümumi hərbi xərclərinin isə 2023-cü illə müqayisədə 18 % artdığını qeyd edib. NATO baş katibi həmçinin qeyd edib ki, bu, NATO-nun hərbi xərclərində son onilliklərdəki ən böyük artımdır.

DİGƏR XƏBƏRLƏR

Top