Yamal Avropa çempionatında qol vuran ən gənc futbolçu oldu


Futbol üzrə İspaniya milli komandasının hücumçusu Lamin Yamal Avropa çempionatında qol vuran ən gənc futbolçu olub.
Yeniavaz.com
xəbər verir ki, forvard 16 yaş 362 günlüyündə yarımfinal matçında Fransa yığmasına qol vurub.
Beləliklə, o, 2004-cü ildən bu uğuru əlində saxlayan isveçrəli hücumçu Yohan Fonlantenin rekordunu geridə qoyub. Belə ki, qrup mərhələsinin son oyununda Fransa komandasına (1:3) qol vurarkən o, 18 yaş 141 günlük idi.
Digər tərəfdən, Yamal dünya və ya Avropa çempionatlarının yarımfinal matçlarında iştirak edən ən gənc oyunçu olub. Əvvəlki rekord 1958-ci ildə 17 yaş 244 günlüyündə dünya çempionatının 1/2 finalında çıxış edən üçqat dünya çempionu braziliyalı Peleyə məxsus olub.
Yamal həm də bu turnirlərdə yarımfinal oyununda qol vurmağı bacaran ən gənc futbolçu olub. Bu göstəricidə o, 1958-ci ildə 17 yaş 239 günlüyündə rəqib qapısına zərbə endirən Peleni də ötüb.
Qeyd edək ki, Yamal İspaniyanın “Barselona” klubunun yetirməsidir. O, 2023-cü ilin iyul ayından əsas komandada çıxış edir və artıq 51 oyun keçirib, 7 qol vurub və 10 məhsuldar ötürmə edib.
2023-cü ilin sentyabrında hücumçu İspaniya milli komandasının tarixində ən gənc debütant və ilk qolun müəllifi olub. 16 yaş 57 günlüyündə futbolçu Avropa çempionatının seçmə oyununda Gürcüstan komandasının qapısına qol vurub (7:1).

DİGƏR XƏBƏRLƏR

Top