Dünyada ən çox satılan on avtomobilin adı açıqlandı – Siyahı


Dünyada ən çox satılan on avtomobilin adı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Focus2Move” öz hesabatında məlumat yayııb.
Məlumata görə, dünyada ən çox satılan avtomobillərin reytinqinə Yaponiyanın “Toyota” markası başçılıq edir. İstehsalçı artıq onuncu ildir ki, birinci yerdədir. Belə ki, 2024-cü ilin may ayına qədər “Toyota” 3,6 milyon (-1,4%) avtomobil satıb. İkinci yerdə 2 milyona yaxın (+4,9%) avtomobil satan Almaniyanın “Volkswagen” markası qərarlaşıb. Üçüncü yeri isə 1,6 milyon (5,3%) avtomobillə “Honda” tutub.
“Ford” 1,5 milyon (+1,1%) avtomobillə dördüncü, “Hyundai” təxminən eyni sayda (-2,9%) avtomobillə beşinci, “Nissan” və “Chevrolet” isə 1,3 milyon (müvafiq olaraq +4,7% və +4,8%) avtomobillə altıncı və yeddinci olub.
“Kia” 1,3 milyon (-2,9%) avtomobillə səkkizinci yerdə qərarlaşıb. BYD 1,1 milyon (+24,3%) avtomobillə doqquzuncu yeri tutub. İlk onluğu isə 944 min (+9,0%) avtomobillə BMW tamamlayıb.

DİGƏR XƏBƏRLƏR

Top