NATO Ukraynaya yeni nümayəndə göndərəcək


Şimali Atlantika Alyansı (NATO) Ukraynaya xüsusi nümayəndə təyin edəcək.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Vaşinqtonda NATO sammiti çərçivəsində keçirilən ABŞ Ticarət Palatasının təşkil etdiyi hərbi-sənaye forumunda deyib.
Onun sözlərinə görə, nümayəndə Kiyevin alyansla əlaqələrini gücləndirəcək və təşkilatın Ukrayna hakimiyyəti ilə qarşılıqlı fəaliyyətini koordinasiya edəcək.
“Ukraynaya NATO-nun yeni yüksək səviyyəli nümayəndəsi göndəriləcək. O. Ukraynanın alyansla institusional əlaqələrini dərinləşdirəcək və Ukraynanın yüksək rütbəli rəsmiləri ilə qarşılıqlı əlaqənin koordinatoru kimi fəaliyyət göstərəcək”, - Sallivan bildirib.
O, həmçinin gələn il NATO ölkələrinin Kiyevə ən azı 40 milyard avro həcmində hərbi yardım göstərmək öhdəliyini xatırladıb.

DİGƏR XƏBƏRLƏR

Top