“Macarıstan NATO sammitində Ukraynadakı missiyada iştirak etməyəcəyini təsdiqləyəcək”


“Macarıstan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində təşkilatın Ukraynaya hərbi yardım göstərmək məqsədi daşıyan missiyasında iştirak etməyəcəyini təsdiq edəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto deyib.
Nazir qeyd edib ki, NATO sammitində hərbi təchizatların koordinasiyası və Ukrayna hərbçilərinin hazırlanması üçün NATO missiyasının yaradılması ilə bağlı qərarın qəbulu gözlənilir:
“Mövqeyimiz aydındır: biz buna qarışmayacağıq. NATO-nun hazırkı Baş katibi Yens Stoltenberqlə razılaşmamız var, həmçinin gələcək Baş katib Mark Ruttedən Macarıstanın bunu edə biləcəyinə dair vədi var. Biz bu cür hərəkətlərə görə Macarıstan əsgərlərini, macar vergi ödəyicilərinin pullarını və Macarıstan ərazisini verməyəcəyik. Bu mövqe Macarıstanın və macar xalqının təhlükəsizliyini qoruya biləcəyimizə zəmanət verir”.

DİGƏR XƏBƏRLƏR

Top