“Kiyevdəki xəstəxanaya düşən raket Norveç qurğusundan atılıb” – Nebenzya


“Kiyevdəki “Oxmatdet” uşaq xəstəxanasının ərazisindəki binaya dəyən NASAMS zenit-raket kompleksindən çıxan Qərb raketi, görünür, Norveç tərəfindən Kiyev hakimiyyətinə verilən qurğudan atılıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu Qərb ölkələrinin xahişi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
“Biz həmçinin, Zelenskinin qruplaşmasını bu NASAMS qurğusu ilə təmin edən Norveç hakimiyyətindən də reaksiya gözləyirik ki, onlar bu qurğunun uşaq xəstəxanasına hücumlar üçün istifadə edilməsinə icazə veriblər?”, - nümayəndə bildirib.
Qeyd edək ki, Ukrayna hakimiyyəti Rusiyanı Kiyevdəki mülki hədəflərə, xüsusən də “Oxmatdet” xəstəxanasına hücum etməkdə ittiham edib. Moskva bu iddiaları təkzib edərək, onların yalan olduğunu bildirib və xəstəxananın Ukrayna hava hücumundan müdafiə raketi ilə vurulduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top