İsrail ordusu daha 15 nəfəri saxladı


“İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə reydləri zamanı terror fəaliyyətində iştirakda şübhəli bilinən 15 nəfəri saxlayıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hərbçilər xüsusilə Nur Şəms fələstinli qaçqın düşərgəsində 15 saatlıq anti-terror əməliyyatı keçirib, orada çoxlu sayda partlayıcı maddə aşkar edilərək ələ keçirilib, bir neçə yol kənarına yerləşdirilən bomba və bomba yüklü avtomobil aşkarlanıb. zərərsizləşdirilib. Qeyd edilib ki, bütün məhbuslar əlavə araşdırma üçün yəhudi dövlətinin təhlükəsizlik xidmətlərinə təhvil verilib.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, 7 oktyabr 2023-cü ildən bəri İordan çayının qərb sahilində təxminən 4150 nəfər terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək saxlanılıb. Onlardan təxminən 1750 nəfəri Qəzza zolağında hakim olan radikal HƏMAS hərəkatı ilə əlaqədə şübhəli bilinir.

DİGƏR XƏBƏRLƏR

Top