
Moskvanın Basmannı məhkəməsi istintaqın tələbi ilə Yuliya Navalnayanı “ekstremist icmada” iştirak ittihamı ilə qiyabi həbs edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
“Yuliya Borisovna ibtidai istintaq orqanlarından gizlənib və buna görə də axtarışa verilib”, - məlumatda deyilir.
Məlumata görə, Navalnaya Rusiyaya qayıdarsa və ya ekstradisiya edilərsə, o, iki ay müddətinə həbs olunacaq.
Yuliya Navalnaya qiyabi həbs xəbərlərini şərh edib:
“Oh, adi prosedur olmayacaq ki? Xarici agent, sonra cinayət işinin açılması, sonra həbs?! Bu barədə yazarkən, lütfən, əsas şeyi yazmağı unutmayın: Vladimir Putin qatil və hərbi cinayətkardır. Onun yeri həbsxanadır və Haaqada bir yerdə, televizoru olan rahat kamerada deyil, Rusiyada - Alekseyi öldürdüyü iki-üç metrlik eyni koloniyada və kamerada.
Qeyd edək ki, bir müddət öncə rusiyalı mərhum müxalifət lideri Aleksey Navalnının yoldaşı Yuliya beynəlxalq hüquq müdafiə təşkilatı olan İnsan Haqları Fondunun (HRF) sədri seçilib.
Tətbiqimizi yükləyə bilərsiniz