Paris prokurorluğu Marin Le Penə qarşı təhqiqata başladı


Paris prokurorluğu “Milli birlik” parlament fraksiyasının lideri Marin Le Penə qarşı 2022-ci il seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarını pozmaqda şübhəli bilindiyinə görə, təhqiqata başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BFM TV kanalı mənbələrə istinadla məlumat yayıb.
Səbəb seçkilər zamanı namizədlərin xərclərinin ödənilməsinin qanuniliyini araşdıran Kampaniya Hesabatları və Siyasi Maliyyə üzrə Milli Komissiyanın (CNCCFP) müraciəti olub.
Qeyd olunur ki, bu qurum tez-tez qanun pozuntuları ilə bağlı prokurorluğa məlumat verir və 2022-ci il prezident seçkilərində bir neçə namizədlə bağlı ora bir neçə ərizə verib. Bununla belə, yalnız Le Pen haqqında təhqiqat aparılıb.
Telekanalın məlumatına görə, söhbət təşviqat kampaniyasının maliyyələşdirilməsi mənbələri ilə bağlı problemdən gedir.
Xatırladaq ki, Fransa qanunlarına görə, seçki kampaniyaları zamanı namizədlərin müəyyən edilən xərc limitini aşması qadağandır. Şərtlərin yerinə yetiriləcəyi təqdirdə dövlət xərclərin bir hissəsini geri ödəyir. Əks halda, müvafiq komissiya seçki hesablarına düzəlişlər edə, ödənilməli olan kompensasiya məbləğini azalda və lazım gələrsə, məsələ ilə bağlı prokurorluğa sorğu göndərə bilər.

DİGƏR XƏBƏRLƏR

Top