Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verildi


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclis sədrinin müavini Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova bildirib.
Qeyd olunub ki, məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top