
Son 24 saat ərzində İsrail qüvvələrinin Qəzza zolağında apardığı hərbi əməliyyatlar nəticəsində anklavda 50 fələstinli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Son 24 saat ərzində İsrail qüvvələrinin sektorun müxtəlif bölgələrini atəşə tutması və bombalaması nəticəsində 50 nəfər ölüb, 130 nəfər yaralanıb”, - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, ümumilikdə İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatlarda 38 min 243 nəfərin ölüb, 88 min 33 nəfər yaralanıb.