
Ermənistan parlamentinin sədri Alen Simonyan MDB Parlamentlərarası Assambleyasının (PA) iyulun 12-də Sankt-Peterburqda keçiriləcək iclasında iştirak etməyəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Simonyanın köməkçisi Movses Arutyunyan sosial şəbəkə hesabında məlumat yayıb.
“Hörmətli həmkarlar, sorğularınızı nəzərə alaraq bildirirəm ki, spiker Alen Simonyan iyulun 12-də Sankt-Peterburqda keçiriləcək MDB Parlamentlərarası Assambleyasında iştirak etməyəcək”, - deyə Arutyunyan yazıb.
Qeyd edək ki, Ermənistanın yüksək vəzifəli şəxsləri uzun müddətdir ki, MDB və ya KTMT çərçivəsində keçirilən tədbirlərdə iştirakdan imtina edirlər.
Tətbiqimizi yükləyə bilərsiniz