Avro-2024-ə damğa vuran Merih Dəmiral “Fənərbağça”ya keçə bilər


2024-cü il Avropa futbol çempionatındakı oyunu ilə diqqəti cəlb edən Türkiyə yığmasının və Səudiyyə Ərəbistanının “Əl Əhli” komandasının müdafiəçisi Merih Demiral yenidən “Fənərbağça”ya keçə bilər.
Yeniavaz.com
 Türkiyə KİV-ə istinadla xəbər verir ki, artıq “Əl Əhli” komandası Merih Demirala Super Liqa nəhəngi “Fənərbağça” ilə transfer danışıqları üçün icazə verib.
Qeyd edək ki, Merih Demiral “Fənərbaxça” Futbol Akademiyasının yetirməsidir. 2013-cü ildə “Fənərbağça”nın heyətinə daxil olan Merih 2016-cı ildə Portuqaliyanın “AC Alcanense” komandasına transfer olub. Bu klublardan başqa, “Sportinq”, “Sassuolo”, “Yuventus” və “Atalanta”da da forma geyinən Demiral 16,6 milyona transfer olduğu “Əl Əhli”nin forması ilə ümumilikdə 21 oyuna çıxıb,1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Türkiyə millisinin heyətində isə o, 4-ü Avro-2024-də olmaqla 48 oyun keçirib və 4 qol vurub.
Xatırladaq ki, Merih Demiral Türkiyənin Avro-2024-də Avstriyanı 2:1 hesabı ilə məğlub etdiyi matçda 2 qol vurub. Gərgin keçən qarşılaşmada o, qol sevincini “bozqurd” işarəsi ilə qeyd edib. UEFA bu işarəyə görə, Dəmirala 2 oyunluq cəza verib.

DİGƏR XƏBƏRLƏR

Top