MDB-də hansı ölkə daha çox süd istehsal edir? – Siyahı


Bu ilin ilk 4 ayı ərzində Azərbaycanda süd istehsalı ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 0,6% artaraq 701,9 min tona çatıb.
Yeniavaz.com
Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsi tərəfindən açıqlanan statistik məlumatlara istinadən xəbər verir ki, hesabat dövrü ərzində süd istehsalında ən yüksək artım Belarusda olub – 8,2%. Bu ölkədə ilin ilk 4 ayında 2 milyon 865 min ton süd istehsal olunub.
Süd istehsalı MDB ölkələri arasında yalnız Moldova və Ermənistanda azalıb – müvafiq olaraq 0,2% və 3,5%.
Bu ilin ilk 4 ayında MDB ölkələrində süd istehsalı aşağıdakı kimi olub:
Belarus – 2 865 min ton (8,2% artım)
Tacikistan – 272,5 min ton (5,6% artım)
Qazaxıstan – 1 432 min ton (3,5 artım)
Özbəkistan – 1 986,9 min ton (3,3% artım)
Qırğızıstan – 431 min ton (2% artım)
Rusiya – 10 321,4 min ton (1,9% artım)
Azərbaycan – 701,9 min ton (0,6% artım)
Moldova – 51,6 min ton (0,2% azalma)
Ermənistan – 123,1 min ton (3,5% azalma)

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top