Aİ qalmaqallı qanuna görə Gürcüstana ayrılan 30 milyon avronu dondurdu


Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün Gürcüstana göndərilməsi planlaşdırılan 30 milyon avronun dondurulması barədə qərar qəbul ediblər.
Yeniavaz.com
xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Tbilisidə keçirilən beynəlxalq konfransda deyib.
“Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdan danışarkən, təəssüf ki, sizə bildirməliyəm ki, Aİ liderləri də bu vaxta qədər Avropa Sülh Fondu çərçivəsində Gürcüstanın Silahlı Qüvvələrini dəstəkləmək üçün ayrılan vəsaiti dondurmaq qərarına gəliblər. Müdafiə Nazirliyinə köçürməyi planlaşdırdığımız 30 milyon avro pul dondurulub”, - Gerçinski deyib.
Diplomatın sözlərinə görə, bu, Aİ-nin Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulundan sonra atdığı ilk addımdır.
“Gürcüstan hökumətinə birbaşa maliyyə dəstəyimiz azalacaq və biz bu birbaşa dəstəyi vətəndaş cəmiyyətinə və mediaya yönəltməyə çalışacağıq”, - Gerçinski qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top