Hakerlər 10 milyarddan çox istifadəçi parolunu oğurlayıblar


Hakerlər böyük məlumat sızması nəticəsində dünya üzrə müxtəlif məşhur saytlardan 10 milyarddan çox istifadəçi parolunu oğurlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
“Sızma bütün dünyada fərdlərin istifadə etdiyi real parolların məcmusudur. Çoxlu sayda parolların dərc edilməsi haker hücumları riskini artırır”, - nəşr yazıb.
Qəzet həmçinin bildirib ki, parolların olduğu arxiv “ObamaCare” ləqəbli istifadəçi tərəfindən internetdə dərc edilib.
Arxivə “X” də daxil olmaqla bir çox məşhur şəbəkələrin istifadəçiləri haqqında çoxlu məlumat daxildir.
Mütəxəssislər istifadəçilərə parollarını yeniləməyi tövsiyə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top