Ərdoğan ABŞ-yə getdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün ABŞ-nin paytaxtı Vaşinqtona gedib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, iyulun 9-da sammitin ilk günündə 75 illik yubiley proqramı keçiriləcək və bu proqramda Ərdoğan da iştirak edəcək.
Çərşənbə günü isə o, 32 üzvlü alyansın dövlət və hökumət başçılarının toplantısına qatılacaq. Həmin günün axşamı liderlər və onların həyat yoldaşları ABŞ Prezidenti Co Baydenin Ağ Evdə verdiyi şam yeməyində görüşəcəklər.
Cümə axşamı liderlər NATO-Ukrayna Şurasının iclası üçün eyni masa ətrafında toplaşacaqlar.
Ərdoğan sammit çərçivəsində bir çox ikitərəfli görüşlər də keçirəcək. Onun İsrailin Qəzzada törətdiyi qırğınların dayandırılması üçün atılacaq addımları da gündəmə gətirməsi gözlənilir.
Daha sonra Türkiyə lideri Vaşinqtonu tərk etməzdən əvvəl mətbuat konfransı keçirəcək.
Digər tərəfdən, NATO-nun builki sammitində alyans üzvləri təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Üzv dövlətlər dünyanın Soyuq Müharibədən bəri ən böyük təhlükəsizlik problemlərindən keçdiyi bu dövrdə müdafiə tədbirləri ilə bağlı fikir mübadiləsi  aparacaqlar.
Həmçinin. terrorla mübarizədə atılan addımlar da sammitin gündəliyində olacaq.

DİGƏR XƏBƏRLƏR

Top