
2023-cü ilin noyabrında vəzifəyə seçilən Liberiya Prezidenti Cozef Boakay aylıq maaşında 40% azalma elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Maghreb Arabe Presse” xəbər agentliyi məlumat yayıb.
Boakay deyib ki, onun qərarları nümunə göstərmək, hökumətin hesabatlılığını gücləndirmək və ölkə xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır. Onun sözlərinə görə, elan edilən tədbirlər məsuliyyətli idarəetmə və dövlət quruculuğunda presedent yaratmaq məqsədi daşıyır.
Bundan əlavə, Liberiya lideri dövlət qulluğu agentliyinə dövlət qulluqçularının maaşlarının milli iqtisadiyyatın vəziyyətinə uyğunluğunu yoxlamağı tapşırıb.
BMT təsnifatına görə, Liberiya ən az inkişaf etmiş ölkələr sırasındadır.