Kiyevdə matəm elan edildi


Kiyevdə şəhər hakimiyyəti paytaxtda mülki obyektlərə hücumla əlaqədar iyulun 9-u matəm günü elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
“Bu gün şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar endiriləcək, həmçinin dövlət və özəl mülkiyyətdə olan binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur”, - məlumatda deyilir.
Bildirilir ki, həmçinin sabah şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağan olunacaq:
“Biz telekanallara və radio stansiyalarına müraciət edirik ki, yayım cədvəlində müvafiq dəyişikliklər etsinlər”.
Qeyd edək ki, paytaxtda dağıntıların aradan qaldırılması davam edir. İlkin məlumata görə, Kiyevdə 22 nəfər ölüb, 72 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top