Lotereya biletləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı


Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən köşklərin birindən ümumi dəyəri 750 manat olan 75 ədəd lotereya bileti oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Əli Salmanov saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb
Bildirilir ki, onun yaşadığı ünvana keçirilən baxış zamanı isə narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top