Putin Modini iqamətgahında ​​​​​qəbul etdi


Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Naredra Modini Moskva yaxınlığındakı iqamətgahında çay süfrəsi arxasında qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, prezident baş naziri iki ölkə arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etməyə dəvət edib.
“Bizim sabah rəsmi söhbətimiz olacaq, amma bu gün biz bu mehriban mühitdə, yəqin ki, eyni mövzularda, lakin qeyri-rəsmi olaraq sakitcə danışa bilərik”, - Putin Modiyə deyib.
Bildirilir ki, iyun ayında yenidən baş nazir postuna qayıdan Modi iyulun 8-9-da Rusiyada rəsmi səfərdə olacaq.
Bazar ertəsi axşam Hindistanın baş naziri Putinin Moskva yaxınlığındakı Novo-Oqarevo iqamətgahına gəlib. Prezident qonağı girişdə qarşılayıb, onlar qucaqlaşıb və çay içmək üçün terrasa gedib.
“Bu, mənim yaşadığım rəsmi iqamətgahdır, bu tərəfdə işləyirik, o tərəfdə də məişət yerləri var”, - Putin deyib.

DİGƏR XƏBƏRLƏR

Top