
2021-ci ildən Baltik Donanması Komandanının birinci müavini vəzifəsini tutan vitse-admiral Sergey Lipilin Baltik Donanmasının komandanı təyin edilib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə dəniz dairələrindəki mənbədən bildirilib.
Digər mənbənin verdiyi məlumata görə, Baltik Donanmasının əvvəlki komandanı, vitse-admiral Vladimir Vorobyov Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini vəzifəsinə təyin edilib.
Qeyd olunur ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı admiral Aleksandr Moiseyev Baltik Donanmasının yeni komandanı, vitse-admiral Sergey Lipilini heyətə təqdim edib.