Kərəm Mustafayev prokurorluqda dindirilib – KİV


Xəbər verdiyimiz kimi, daha əvvəl KİV-də Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin vəzifəsindən azad edilməsi barədə məlumat yayılıb.
Yeniavaz.com
xəbər verir ki, “Qafqazinfo” etibarlı mənbələrdən Kərəm Mustafayevin bu günlərdə prokurorluğa çağırılması barədə məlumat alıb.
“General-polkovnik istintaqı aparılan cinayət işlərindən biri ilə bağlı müstəntiqlərə ifadə verib. Onun iş üzrə hansı qisimdə dindirildiyi bilinmir. Bu barədə məsul qurumlardan rəsmi açıqlama verilməyib. Məsələnin detallarını öyrənməyə çalışırıq”, - mətbuat orqanı yazır.
Qeyd edək ki, əvvəllər tabor, diviziya və korpus komandiri işləmiş K.Mustafayev 2014-cü ildən müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı olub.
Onu Vətən Müharibəsi Qəhrəmanı, general Kənan Seyidovun əvəz etdiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top