
İsrail hərbçilərinin 2023-cü ilin oktyabrında anklavda əməliyyatlara başladığı gündən bu yana Qəzza zolağında 38,2 minə yaxın fələstinli ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“İsrailin Qəzzada törətdiyi təcavüz nəticəsində ölənlərin sayı 38 min 193, yaralananların sayı 87 min 903 nəfərə çatıb”, - nazirliyin məlumatında bildirilib.
Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması nəticəsində 40 fələstinli həlak olub, 75 fələstinli yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz