Fitso sui-qəsd cəhdindən sonra yenidən vəzifəsinə qayıtdı


Mayın 15-də sui-qəsd nəticəsində yaralanan Slovakiyanın Baş naziri Robert Fitso yenidən öz işinə qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Slovakiya televiziyası məlumat yayıb.
Məlumata görə, Fitso Slovakiyanın qərbindəki Trnava şəhəri yaxınlığındakı Slovenska Nova Ves kəndində yerləşən “Agro Voderady” kənd təsərrüfatı birliyinə baş çəkib. Baş nazir məhsul yığımının gedişatını nəzərdən keçirib.
Qeyd edək ki, Fitso ilk dəfə ötən cümə günü ictimai tədbirdə iştirak etmişdi. Bu, respublikanın dövlət bayramı - Müqəddəs Kiril və Mefodi Gününə təsadüf etmişdi. O, Bratislavanın ətrafı olan Devin şəhərində qısa nitq söyləmişdi.

DİGƏR XƏBƏRLƏR

Top