Estoniya Rusiya ilə sərhəddə 600 bunker tikəcək


Estoniya hakimiyyəti Rusiya ilə şərq sərhədi boyunca müdafiə xətti yaratmağa başlamağı və 600 beton bunker tikməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Estoniyanın ERR dövlət televiziya və radio portalı məlumat yayıb.
Məlumata görə, müdafiə xəttinə tank əleyhinə maneələr, eləcə də tikanlı məftilli maneələr də daxil olacaq. Bunkerlərin tikintisi üzrə işlərə 2025-ci ildə başlanılması planlaşdırılır.
Qeyd edək ki, yanvarın 19-da Estoniya hərbi idarəsi Baltikyanı ölkələrin Rusiyadan gələn hərbi təhlükədən qorunmaq üçün şərq sərhədlərində müdafiə xəttinin qurulması barədə razılığa gəldiklərini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top