Bu ilin ilk yarısında hakerlər 1,38 milyard dollarlıq kriptovalyuta oğurlayıblar


2024-cü ilin birinci yarısında hakerlər 1,38 milyard dollarlıq kriptovalyuta oğurlayıblar ki, bu da ötən ilin eyni dövründəki məbləğdən iki dəfə çoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi TRM blokçeyn analitik şirkətinin hesabatına istinadən məlumat yayıb.
Bildirilib ki, kibercinayətkarlar tərəfindən oğurlanan bütün kriptovalyutaların təxminən 70%-i ən böyük beş hücum nəticəsində əldə edilib.
Əvvəlki illərdə olduğu kimi, az sayda böyük insidentlərdə bütün vəsaitlərin əhəmiyyətli bir hissəsi oğurlanıb.
Qeyd olunur ki, bu ilin ən böyük hücumu Yaponiyanın kriptovalyuta birjası “DMM Bitcoin”ə edilib. İnsident nəticəsində 300 milyon dollardan çox dəyəri olan 4500-dən çox token oğurlanıb. Bu hücumun təfərrüatları hələlik məlum deyil.
Digər tərəfdən, bu il oğurlanan rəqəmsal aktivlərin məbləği 2022-ci ilin ilk altı ayında oğurlanan rekord 2 milyard dollardan az olub. 2024-cü il kriptovalyutaların rekord qiymətləri baxımından da əlamətdar il olub. Sonuncu dəfə bu, 2021-ci ilin ikinci yarısında müşahidə edilib.
Analitiklərin fikrincə, yüksək qiymətlər kriptovalyutaların oğurlanmasının artmasına səbəb olur.

DİGƏR XƏBƏRLƏR

Top