
Böyük Britaniyanın yeni Baş naziri Kir Starmer 40 min məhbusu azad etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times” qəzeti öz mənbəsinə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, yeni baş nazirin bu addımı texniki xarakter daşıyır və həbsxanaların kritik dərəcədə dolması ilə bağlıdır.
Məlumata görə, amnistiya gələn həftə üçün nəzərdə tutulub.
Plan cinsi zorakılıq və ya terrorizmlə əlaqəli olmayan cinayətlərə görə həbs olunanların azad edilməsidir.