Burkina Faso, Mali və Niger konfederasiyada birləşdi


Üç Qərbi Afrika ölkəsinin - Burkina Faso, Mali və Nigerin hakimiyyəti Sahel Dövlətləri Konfederasiyasını yaratmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Agence France-Presse” bu dövlətlərin liderlərinin bəyanatına istinadla məlumat yayıb.
Bəyanatda deyilir ki, üç ölkə daha ​​geniş inteqrasiya istiqamətində daha bir addım atmağa qərar verib.
“Bu məqsədlə onlar Burkina-Faso, Mali və Niger arasında konfederasiya yaratmaq haqqında saziş imzalayıblar”, - deyə agentliyin təqdim etdiyi sənəddə deyilir.
Bu, Burkina Faso, Mali və Niger liderlərinin iştirak etdiyi Sahel Dövlətləri Alyansının Niameydə keçirilən Birinci Sammitinin yekunlarından sonra baş verib.
Qeyd edək ki, bundan əvvəl, 28 yanvar 2024-cü ildə Burkina Faso, Mali və Niger xarici güclərin təsiri altında olan və həm üzv dövlətlər, həm də onların xalqları üçün təhlükəyə çevrilən Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) mümkün qədər tez çıxmaq üçün birgə qərar qəbul etdiklərini elan ediblər.
Xatırladaq ki, bu üç ölkədə hərbçilər çevriliş nəticəsində hakimiyyətə gəlib.

DİGƏR XƏBƏRLƏR

Top