
Böyük Britaniya əlavə olaraq Ukraynaya 90 ədəd dəqiq idarə olunan “Brimstone” raketi, 10 ədəd “AS-90” özüyeriyən artilleriya qurğusu və dörd milyon döyüş sursatı verəcək.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili Odessaya səfəri zamanı bildirib.
Bildirilir ki, növbəti hərbi yardım paketinə həmçinin 50 kiçik qayıq, 40 minatəmizləmə maşını, müdafiə mövqelərini gücləndirmək üçün 61 buldozer və əvvəllər tədarük edilən “AS-90”-lar üçün ehtiyat hissələri daxildir.