Azərbaycana gələn turistlər ən çox hansı xidmətlərdən narazı qalıblar? – Siyahı


Bu ilin yanvar-may aylarında turizm məqəsdiylə Azərbaycana 645 min 372 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəyə gələn turistlərin 78 min 486 nəfəri və ya 12,2%-i göstərilən xidmətləri qənaətbəxş hesab etməyiblər.
Tuistlər ən çox avtobusların xidmətindən narazı qalıblar. 17 min 603 turis hesab edib ki, avtobusla sərnişin daşıma xidməti qənaətbəxş deyil.
Bundan başqa 14 min 302 turist ictimai iaşə xidmətlərindən, 10 min 893 turist taksi xidmətindən, 7 min 12 turist yerləşmə xidmətindən, 4 min 884 turist isə metro xidmətindən narazılıq edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top