Bu rayonlarda leysan yağıb


İyulun 7-si saat 17:00-a olan faktiki hava açıqlanıb.
Yeniavaz.com
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata istinadən xəbər verir ki, Biləsuvar, Sabirabad, Mingəçevir, Sarıbaş (Qax), Kişçay (Şəki), Göygöl, Xaltan, Qusar, Şəmkir, İsmayıllı, Goranboy, Daşkəsən, Qobustan, Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış, Abşeron yarımadasının bəzi yerlərində isə qısamüddətli yağış yağıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 33, Aran rayonlarında 34, dağlıq rayonlarda 23-28 dərəcəyədək isti qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top