
Türkiyə ordusu İraqda və Suriyada keçirilən əməliyyatlarda daha 5 terrorçunu zərərsizləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalında 2 PKK terrorçusu, Suriyanın şimalında isə “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatı bölgələrində 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
“Türk əsgərləri qəhrəmancasına və fədakarcasına döyüşməyə davam edir!” – Nazirliyin məlumatında deyilir.