İyulun 7-də törətdiyi cinayət əməlinə görə axtarışda olan şəxs saxlanılarkən qətlə yetirilən polis kapitanı Fəxrəddin Nəsirovla vida mərasimi keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vida mərasimində onun ailə üzvləri, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
“Onun xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaqdır.
Yaxınlarına, doğmalarına Allahdan səbr diləyirik! Allah rəhmət eləsin!” – DİN-in məlumatında deyilir.