“Leykers” Lebron Ceymslə yeni müqavilə imzaladı


Amerikalı basketbolçu Lebron Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) “Los-Anceles Leykers” komandası ilə yeni müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Müqavilənin təfərrüatları açıqlanmayıb.
“The Athletic”in jurnalisti Şems Çaraniyanın sözlərinə görə, basketbolçu ilə müqavilə iki illikdir və o bu müddət ərzində 101,355 milyon dollar qazanacaq.
Qeyd edək ki, L. Ceymsin 39 yaşı var və o, dörd dəfə NBA qalibi olub. Basketbolçu ən çox xal toplayan liqa rekorduna sahibdir. Qarşıdan gələn mövsüm Ceymsin NBA-da 22-cisi olacaq.

DİGƏR XƏBƏRLƏR

Top