İsrail ordusu daha 16 fələstinlini həbs etdi – Say on minə çatır


İsrail Müdafiə Qüvvələri (IDF) bazar günü gecə İordan çayının qərb sahilində reydlər keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə WAFA xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail əsgərləri İordan çayının qərb sahilindəki Ramallahın Silvad qəsəbəsində keçirdiyi reyd zamanı ən azı 16 fələstinlini həbs edib.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, hazırda İordaniyanın Qərb Sahilindən olan 9,3 mindən çox fələstinli İsrail həbsxanalarında saxlanılır.
“Onlardan 3400-ə yaxını inzibati həbsdədir ki, bu da İsrail hakimiyyətinin fələstinliləri heç bir ittiham irəli sürmədən və ya məhkəmə prosesi keçirmədən qeyri-müəyyən müddətə həbsdə saxlamaq üçün istifadə etdiyi tədbirdir”, - telekanalın məlumatında deyilir.

DİGƏR XƏBƏRLƏR

Top