Türkiyə Avro-2024-lə vidalaşdı – Video


Hollandiya yığması Berlində keçirilən Avro-2024-ün 1/4 final mərhələsinin son oyununda Türkiyəyə 2:1 hesabı ilə qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, 35-ci dəqiqədə Türkiyə millisinin və “Fənərbağça”nın müdafiəçisi Səməd Akaydın matçın hesabını açıb.
Lakin ikinci hissədə hollandiyalı Ronald Kumanın rəhbərlik etdiyi komanda iki qol vurmağı bacarıb. 70-ci dəqiqədə İtaliya çempionu “İnter”in müdafiəçisi Stefan De Vray başla fərqlənib. 76-cı dəqiqədə isə “Fənərbağça”nın müdafiəçisi Mert Müldür avtoqolla yadda qalıb.
Bundan sonra oyunda qol qeydə alınmayıb və Türkiyə yığması Avro-2024-lə vidalaşıb.
Bununla da Hollandiya yığması Avro-2004-dən sonra ilk dəfə bu turnirin yarımfinal mərhələsinə çıxa bilib. Onlar İsveçrəni penalti zərbələri ilə məğlub edən İngiltərə ilə mübarizə aparacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top