Tel-Əvivdə aksiya keçirildi


“İsraillilər ölkə hakimiyyətindən Qəzza zolağında saxlanılan girovların dərhal azad edilməsini və növbədənkənar seçkilərin keçirilməsini tələb edərək yenidən kütləvi etiraz aksiyalarına başlayıblar”
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, ən böyük nümayiş ənənəvi olaraq Təl-Əvivdə şəhərin şərqindəki hökumət binaları kompleksinin yaxınlığında keçirilib.
Bildirilir ki, Təl-Əvivdəki etiraz aksiyalarının təşkilatçılarından biri olan “Girov və İtkin Şəxs Ailələri Forumu” yaxınlarının təxminən 9 aya yaxındır ki, Fələstin radikalları tərəfindən saxlanıldığını xatırladıb. Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlarda mümkün irəliləyişlə bağlı son xəbərlər fonunda onların ailələri Baş nazir Benyamin Netanyahunu yaxınlarının geri qaytarılması üçün bu fürsəti qaçırmamağa və Fələstin radikal HƏMAS hərəkatı tərəfindən irəli sürülən şərtlərlə razılaşmağa çağırıblar.
Vaxtaşırı izdiham Netanyahu hökumətini tənqid edərək “Ayıb olsun!” səsləndirib.

DİGƏR XƏBƏRLƏR

Top