
ABŞ Prezidenti Co Bayden koqnitiv testdən keçmədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bayden ABC telekanalına müsahibəsində danışıb.
“Xeyr və heç kim demədi ki, mən bunu etməliyəm” – Amerika lideri jurnalistin zehni qabiliyyət testindən keçib-keçməməsi ilə bağlı sualına cavab verərkən deyib.
Müsahibi bir neçə dəfə Baydenin bunu etməyə və müvafiq testin nəticələrini açıqlamağa hazır olub-olmadığını soruşdu, lakin Ağ Evin rəhbəri birbaşa cavab vermədi. O bildirib ki, o, prezident vəzifəsində işləyərkən hər gün öz peşəkarlığını sübut edir və onun effektivliyinə bu işin nəticələri ilə qiymət vermək olar.