Rusiyada nasos stansiyasında partlayış – İki nəfər ölüb


Volqoqradın Krasnoarmeyski rayonunda nasos stansiyasında qaz partlayışı baş verib.
Yeniavaz.com
xəbər verir ki, partlayış nəticəsində iki nəfər ölüb, dağıntılar altında qalanlar var.
Faktla bağlı cinayət işi açılıb.
Binanın dəmir-beton dam örtüyü uçub.
Bildirilir ki, hadisə zamanı stansiyada 8 nəfər işləyirdi.
İstintaq Komitəsinin ilkin məlumatına görə, partlayışa qaynaq işləri zamanı yol verilmiş pozuntular səbəb olub. Şirkət xarici təsirlərin mümkünlüyünün istisna edildiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top