
“İran parlamenti bir həftə ərzində yeni seçilmiş prezident Məsud Pezeşkiyanın inauqurasiyasını keçirə bilər”.
Yeniavaz.com xəbər verir ki, bunu iranlı deputat Əkbər Rəncbərzadə deyib.
O əlavə edib ki, qanunvericilik və icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq, xarici qonaqlar dəvət olunacaq.
Xatırladaq ki, seçkilərin ikinci turunun nəticələrinə görə, Pezeşkian 16,3 milyondan çox, onun rəqibi, mühafizəkar Səid Cəlili isə 13,5 milyon səs toplayıb.
Tətbiqimizi yükləyə bilərsiniz