Qəzzada ölənlərin sayı 38 mini keçdi


Qəzza zolağında son 24 saat ərzində 30-a yaxın fələstinli həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
“Son gün ərzində İsrail qüvvələrinin sektorun müxtəlif bölgələrini atəşə tutması və bombalaması nəticəsində 29 nəfər həlak olub, 100 nəfər yaralanıb”, - məlumatda deyilir.
Ümumilikdə, nazirliyin məlumatına görə, İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatların qurbanlarının sayı 38 098 nəfərə çatıb, 87 705 nəfər isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top