“Ukrayna rus əsirliyindən 3310 nəfəri qaytarıb” – Zelenski


Ukrayna artıq 53 əsir mübadiləsi aparıb və 3310 vətəndaşını Rusiya əsirliyindən qaytarıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.
“Beləliklə, 53 mübadilə aparılıb, 3310 insanımız artıq Ukraynada öz evində, qohumlarının yanındadır”, - deyə Zelenski yazıb.
Dövlət başçısı vurğulayıb ki, Ukrayna bu istiqamətdə işlərini davam etdirir və hamını - hərbçiləri və mülki şəxsləri, böyükləri və uşaqları Rusiya əsarətindən geri qaytarmaq üçün yollar axtarır.
Zelenski həmçinin qeyd edib ki, Rusiya əsirliyində olanların heç biri unudulmayacaq və evlərinə qaytarılacaq.

DİGƏR XƏBƏRLƏR

Top