Fitso sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış etdi


Slovakiyanın Baş naziri Robert Fitso sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Dennik Posto” nəşri məlumat yayıb.
Məlumata görə, Fitso Slovakiyada dövlət bayramı olan Müqəddəs Kiril və Mefodiya Gününə həsr olunmuş mərasimdə iştirak edib.
Nəşrin vurğuladığı kimi, Fitsonun çıxışı 20 dəqiqə davam edib. O, çıxışını ayaq üstə oxuyub. Fitso çıxışında bir sıra siyasi şərhlər edib.
“Biz xərçəng kimi yayılan absurd liberal ideologiyaya qarşı müdafiə divarı çəkməliyik”, - deyə baş nazir bildirib.
Slovakiyanın Baş naziri əlavə edib ki, liberal ideologiya Slovakiya üçün təhlükə yaradır və hökumət bu vəziyyətlə mübarizə aparacaq. Fitso həmçinin qeyd edib ki, absurd liberal ideyalar siyasi səhnədə çıxış yolu axtarsalar, bundan qorunmaq üçün ölkə Konstitusiyasında islahatlar aparılacaq.
Qeyd edək ki, bu, onun sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışıdır. Fitso aldığı xəsarətlərdən sağalmaq üçün müalicəsini davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top